Qırğızıstanın sabiq baş naziri ölkəsinin EKO sammitində qətnaməyə imza atmamasına münasibət bildirib

"Ekspromt şəkildə mən bu suala cavab verə bilmərəm. Amma ola bilər ki, elə məsələlər olub ki, orada olan insanlar onları öz üzərinə götürə və həll edə bilməyiblər". Bunu Qırğızıstanın sabiq baş naziri Apas Jumaqulov ölkəsinin İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabad sammitində qəbul edilən qətnaməyə imza atmaması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Qeyd edək ki, qətnamədə digər məsələlərlə yanaşı ölkələrin ərazi bütövlüyü, suverenliyi və münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələsi əksini tapıb. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə A. Jumaqulov problemin danışıqlar yolu həllinin vacibliyini vurğulayıb: "Bu münaqişənin həll olunması üçün hər şey edilməlidir". Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR