Eldəniz Səlimov: “Əfv sərəncamı hər kəs tərəfindən alqışlanmalı, təqdir olunmalıdır”

"Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamını çox yüksək qiymətləndirirəm. Həmin sərəncamla böyük bir qrup məhbusun əfv edilməsi, azad olunması çox müsbət addımdır və bu, hər kəs tərəfindən alqışlanmalı, təqdir olunmalıdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Eldəniz Səlimov səsləndirib. O, bildirib ki, bu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və indiki ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən humanizm və insanpərvərlik siyasətinin növbəti bariz nümunəsi, təzahürü, əyani sübutudur: "Bu günə kimi də ölkə Prezidenti tərəfindən dəfələrlə əfv sərəncamları verilib və vaxtı ilə qanuna, hüquqazidd əməllərə yol verdiklərinə görə azadlıqdan məhrum edilən onlarla, yüzlərlə şəxs bu humanist siyasət, əfv sərəncamları nəticəsində yenidən azadlıqlarına, ailələrinə qovuşub, cəmiyyətə inteqrasiya olunaraq, öz fəaliyyətlərini davam etdiriblər. Bu siyasətin davamı olaraq da, bu gün daha böyük bir qrup məhbus əfv edilərək, yenidən öz azadlığına, ailəsinə qovuşdu. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti və xüsusilə də, ölkə Prezidenti cənab İlham Əliyev necə ədalətli, necə mərhəmətli və necə humanist insandır. Bir dəfə də qeyd etmişəm və yenə də təkrarən qeyd etmək istəyirəm ki, əfv etmək, bağışlamaq böyük və müdrik insanlara, əsl dövlət xadimlərinə xas olan yüksək keyfiyyətlərdir. Bizim dövlətin başçısı da əfv etməyi, bağışlamağı bacaran məhz həmin müdrik və aqil dövlət adamlarındandır. Növbəti əfv sərəncamı ilə də ölkə Prezidenti bunu bir daha sübut etdi. İnanıram ki, əfv sərəncamı ilə əfv edilərək azadlığına, ailəsinə qovuşan insanlarımız da bu addımı məhz bu cür dəyərləndirəcək və bir daha səhvə, xətaya yol verməyəcəklər"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR