Danışıqların növbəti raundunun vaxtı bəlli oldu

"Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı qeydləri, Azərbaycanın mümkün hərbi eslakasiyasından yayınmağa və status-kvonu saxlamağa hesablanıb". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Ermənistanın danışıqlardan yayınması, cəbhə xəttində Azərbaycanın işğalçılara qarşı təzyiqləri ilə müşayət olunur: "Və, bu lokal hərbi əməliyyatların geniş miqyaslı şəkildə olma ehtimalını artırır. Qeyd etmək lazımdır ki, Sarkisyanın bu açıqlamaları, Azərbaycana qarşı "təzyiq" kimi istifadə etməsindən irəli gəlir. Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması, danışıqların dayanması deməkdirsə, onsuz da Ermənistan danışıqları dayandırıb. Aprelin 2-də Ermənistanda parlament seçkilərindən sonra Rusiyanın vasitəçiliyi ilə danışıqlar raundu növbəti dəfə başlayacaq. Amma, bu danışıqlarda irəliləyişlərin əldə olacağı Moskva-Yerevan tandeminin verəcəyi qərardan asılıdır. Hesab edirəm ki, Ermənistan müharibə variantı gerçəkləşsə də nəinki, müdtəqilliyin tanınması, hətta böyük kompromisə getməyə məcbur olacaq. Sərkisyan əmindir ki, Qarabağın müstəqilliyini tanımaq onun siyasi süqutu ola bilər".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR