Hökumətin məsləhətçisi: "Tramp yeganə ABŞ prezidentidir ki, uzun müddətli - 8 illik planı var"

"ABŞ-da, habelə bütün dünyada şərhçilər hamısı bir ağızdan deyirdilər ki, Donald Trampın heç bir planı yoxdur. Reallıqda isə biz bunun əksini görürük. Mən hökumətin məsləhətçisiyəm. Ronald Reyqanın vaxtından işləyirəm. Tramp yeganə ABŞ prezidentidir ki, onun uzun müddətli - 8 illik planı var". Bunu ABŞ-ın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin müxbir üzvü Edvard Lutvak V Qlobal Bakı Forumu çərçivəsində "Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, prezident seçkiləri kompaniyası dövründə şərhçilər qeyd edirdilər ki, ola bilsin D. Tramp qalib gəlsin: "Hər kəs deyirdi ki, Respublikaçılar partiyası məhv olacaq. Onlar Senatı, Nümayəndələr Palatasını itirəcəklər. Amma respublikaçılar əksər vəzifələri tutdular".

E. Lutvak bildirib ki, D. Tramp Dövlət Departamenti işçilərinin sayını azaltmaq istəyir.

O qeyd edib ki, D. Tramp Meksika ilə sərhədi bağladıqdan sonra ABŞ-da qeyri-qanuni yaşayan ispandilli insanların yaşamalarını qanuniləşdirəcək: "Corc Buş, Barak Obama ispandillilərə ABŞ-da yaşamalarının leqallaşdırılacağına söz versələr də, vədlərinə xilaf çıxdılar. Bu taktika Trampın yenidən prezident seçilməsi üçün vacibdir. O, sanki həm də özündən sonra növbəti prezidentlik üçün qızı  İvankanı hazırlayır. Tramp həm də gəlirləri təkrar bölüşdürmək niyyətindədir. Çünki ABŞ-ın daxilində gəlirlər radikal şəkildə səhv bölüşdürülüb". Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR