"Transatlantik münasibətlərinin gələcəyi: Siyasi realizmə qayıdış" II PANEL

V Qlobal Forumun çərçivəsində "Transatlantik münasibətlərinin gələcəyi: Siyasi realizmə qayıdış" mövzusunda panel keçirilib. Panelə ABŞ IN CNN telekompaniyasının siyasi analitik və aparıcısı Fareed Zakaria moderatorluq edib.

Paneldə ilk çıxış edən Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev deyib ki, real siyasət XX əsrdə qalsın və buna geri qayıtmayaq: "Əgər dünyada sülh varsa, o hamı üçün olmalıdır. Yalnız böyük güclər üçün deyil. Mən fəxr hissi duyuram ki, Avropalıyam. Avropa İttifaqında qaydalar hamıya aiddir. Biz elə mexanizm qurmalıyıq ki, millətlər öz gələcəyi haqqında qərarlar verə bilsin. Bu baxımdan mən siyasi realizmlə razı deyiləm. Mən istəmirəm ki prezidentlər, Baş nazirlər maraqları müdafiə etsinlər. Avropa İttifaqında 11 böhran var".

O qeyd edib ki, qısa müddətdə yeni sülh dövrü gələcək: "Müharibələr arxada qalacaq. Yeni inkişaf dövründə Transatlantik əlaqələri saxlamalıyıq. NATO Transatlantik əlaqələrin nümunəsidir. Biz ailə olaraq NATO -nun gücünü dəstəkləyirik. Yeni Amerika prezidenti siyasəti bizneslə davam etdirmək istəyir. Lakin qanunlar qaydalar güclü institutları dəstəkləmir. Ümid edirik ki, nə vaxtsa bunlar baş verəcək. Ümidlərimiz doğru olacaq".

Serbiyanın  sabiq prezidenti Boris Todiç isə çıxışında  bildirib ki,  siyasi realizm o deməkdir ki burada dəyər və prinsiplər nəzərə alınmır:"Çox təəssüf ki biz bu dövrə gəlib çıxmışıq. Bizi bir çox ölkələrdə olan qaynar ocaqlar narahat edir.  Aİ və ABŞ-la danışıqlarda problemlər var. Biz çox ölkələrdə böhranlar və münaqişələr var. Belə vəziyyətdə əsil siyasət önə çıxmalıdır".

Onun sözlərinə görə, dünyanın gələcəyini düşünürüksə NATO ilə əlaqələri mühüm saymalıyıq: "Biz əgər siyasi realizmə qayıtsaq çox böyük problemlərlə üzləşə bilərik. Son 10 ildə siyasət bir neçə dəfə uğursuzluğa səbəb olub. Biz münaqişələrin həllində özümüzü göstərməliyik. Mən istəmirəm ki sivilizasiyalar bir biri ilə mübarizə aparsınlar. Bu gün demokratiyanın bir çox aspektlərindən münaqişələrin şahidi oluruq. Artıq yeni dünya asayışının bərqərar olmasının vaxtıdır. Bunun üçün addımlar atılmalıdır. Artıq siyasi realizm vaxtı deyil. Biz buna qayıtsaq,  insanlar müharibə və münaqişələrlə üzləşə bilərik".

Ərəb Liqasının sabiq baş katibi Əmir Musa iclasda çıxış edərkən deyib ki, siyasi realizmdə heç bir dəyərlərə hörmət yoxdur:"Münaqişələrlə bağlı ABŞ prezidenti Trampdan nəsə gözləyirik. Məsələ o qədər ciddidir ki biz bilmirik ki Trampın Transatlantik siyasəti nədir? Dünyadan nə gözləyirsən sualına cavab tapmaq çox çətindir. Çünki bəzi siyasi qüvvələr öz siyasətlərini hələ də dəqiqləşdirməyiblər".

Ə.Musa qeyd edib ki, bir quruluşdan başqa quruluşa problemləri aparmamalıyıq: "Dünyada yoxsulluq, korrupsiya ilə bağlı problemlər var. Təhlükəsizlik məsələsi dünyada real vəziyyəti göstərir. Ən pisi isə böyük qüvvələrin problemləri həll etmək deyil, idarə etməsidir. Köhnə quruluş problemlərlə doludur. Biz bu problemləri həll etməliyik".

ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə işləri üzrə köməkçisinin sabiq müavini David Market bildirib ki, sivilizasiya bəşəriyyətin kollektiv quruluşu kimi yaradılıb:" Biz beynəlxalq kontekstdə baxdıqda görərik ki, dünyada elə də böyük dəyişiklik baş verməyib. Bu illər ərzində münaqişələrlə bağlı da heç nə dəyişməyib. Transatlantik münasibətlər bu məsələlərə necə təsir? Siyasət iqtisadiyyatla sıx əlaqədardır. ABŞ qlobal siyasətin dəyişməsində böyük rol oynayacaq".

D. Market söyləyib ki, cəmiyyətin gələcəyini populizm görə qurban vermək olmaz:" Biz daha təhlükəsiz dünya istiqamətinə gedirik. Regional alyans olaraq dünyaya açılır, yeni məzmun nəzərə alaraq birlikdə çalışmalıyıq.Bütün gücümüzü münaqişələrin həllinə, qaçqın və məcburi köçkün probleminin həllinə sərf etməliyik".

Panel müzakirələr əsasında davam edib. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR