Plevneliyev: "Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırırıq”

"Biz hamımız sülh istəyirik. Sülh qaydaların bütün insanlara tətbiq olunduğu yeganə yoldur". Bu sözləri V Qlobal Bakı Forumuna qatılan Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev deyib.

R. Plevneliyev bildirib ki, sülh sərhədlərə hörmətlə yanaşmağın yeganə yoludur: "Azərbaycanın öz ərazisi var. Azərbaycanın öz suveren ərazilərini idarə etmək hüququ var. Azərbaycan xalqının və rəhbərliyinin ikili standartlar problemini vurğulamaq haqqı var. Ermənistan beynəlхalq hüquq normalarını yerinə yetirməlidir. Biz Ermənistanı öz torpaqlarına geri qayıtmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırırıq. Hər kəs, o cümlədən Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir".
 

Bakı Forumun əhəmiyyətindən danışan R. Plevneliyev qeyd edib ki, burada məşhur siyasətçilər tərəfindən çoxsaylı ideyalar səslənir: "Bakı son dərəcə vacib rol oynayır. Biz münaqişələrin həllini istəyirik, tolerantlıq, sülh görmək istəyirik. Bakı bu baxımdan fikir mübadiləsi aparmaq üçün mükəmməl məkandır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR