Albaniya prezidenti: “Cənub Qaz Dəhlizi diversifikasiyaya ehtiyacı olan ölkələrin yararlanacağı layihədir”

"Təbii qazın diversifikasiyası enerji təhlükəsizliyinin əsas amilidir. Çox yaxın keçmişdə biz gördük ki, qazın paylanması ədalətli deyil. Bu, siyasətin bir hissəsi idi". Bunu V Qlobal Bakı Forumunda iştirak edən Albaniya prezidenti Buyar Nişani deyib. O qeyd edib ki, qaz enerjinin son dərəcə vacib hissəsidir: "Cənub Qaz Dəhlizi qaz resurslarının diversifikasiyası baxımından tək xəttin keçdiyi ölkələrin deyil, diversifikasiyaya ehtiyacı olan ölkələrin yararlanacağı layihədir. Diversifikasiya təhlükəsizliyi təmin edir. Bu isə rifaha yol açır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR