Politoloq: “Azərbaycan Prezidentinin Fransa səfəri vacib məqamların həllinə təkan verəcək"

"Prezident İlham Əliyevin Fransaya səfəri həm Azərbaycan, həm də region dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanla Fransa arasındakı münasibətlər hər iki ölkənin daha da inkişafı üçün önəmli məqamdır". Bunu politoloq Arzu Nağıyev deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin Fransa səfəri zamanı Dağlıq Qarabağ məsələsini əsas problemlərdən biri kimi qoyması və bu fonda verdiyi bəyanatlar Ermənistanın yalanlarını bir daha dünyaya ifşa etdi: "Dövlət başçımızın Fransada verdiyi önəmli bəyanatlar Serj Sərkisyanın yalançı mesajlarının qarşısını aldı. Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər Fransada ölkəmizin ərazi bütövlüyünü əsas məsələ kimi ortaya qoydu. Bölgədə hökm sürən indiki gərgin vəziyyət fonunda ölkə başçımızın görüş və bəyanatları Dağlıq Qarabağ münaqişəsinin çözülməsində müəyyən irəliləyişə aparacaq. Azərbaycan Prezidentinin Fransa səfəri siyasi, iqtisadi və digər bir sıra vacib məqamların həllinə təkan verəcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR