Albaniya prezidenti: “Bizim üçün avrointeqrasiyanın alternativi yoxdur”

"Sülhü təmin etmək üçün sabitlik bərqərar olmaldır". Bu sözləri Albaniya prezidenti Buyar Nişani V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib. O bildirib ki, Albaniya buna bir misaldır: "Tarixən bizdə problemlər olub, lakin biz regionda fərqli ölkələr yaratmışıq. İmkanlardan düzgün istifadə olunmalıdır. Yeni reallığa hörmətlə yanaşırıq və birlikdə inkişaf edirik. Regionumuz böyük deyil, amma böyük ailəmiz var, fərqli millətlər yaşayır. Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Albaniya Avropaya inteqrasiya üzərində çalışır. Biz inanırıq ki, Avropaya inteqrasiya yeganə yoldur, bu istiqamətdə çalışmalıyıq. Bizim üçün başqa alternativ yoxdur. Bu, bir prosesdir və müəyyən müddətdən sonra biz bu ailənin üzvü olacağıq".

B. Nişani qeyd edib ki, Albaniyanın böyük təbii sərvətləri, su ehtiyatları, yaxşı iqlimi və sahil zonası var: "Biz bu sərvətlərdən istifadə edə və qonşu dövlətlərlə əməkdaşlıq edə bilərik. Sərmayədarları cəlb edə bilərik ki, layihələri uğurla icra edək. Biz sülh və sabitliyi təmin etmək və inkişaf etməklə gözəl nümunə olacağıq. Yaxşı liderlər bizim dünyanı daha yaxşı dünyaya aparacaqlar, amma insanlarla açıq və səmimi münasibət lazımdır". Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR