İtaliya prezidenti və Britaniyanın baş naziri Bakı Forumuna təbrik ünvanlayıblar

V Qlobal Bakı Forumunun açılışında İtaliya prezidenti Serjo Mattarella və Böyük Britaniyanın baş naziri Tereza Meyin müraciətləri oxunub.  İtaliya prezidenti müraciətində mədəniyyətlərarası dialoqun çox vacib olduğunu vurğulayıb. S. Mattarella bu sahədə təşəbbüslərin artırılmasını vacib sayıb və V Qlobal Bakı Forumuna uğurlar arzulayıb. 
 
Böyük Britaniyanın baş naziri Tereza Mey isə müraciətində xatırladıb ki, Qlobal Bakı Forumunu 5-ci dəfədir keçirir: "Azərbaycanla Böyük Britaniyanın diplomatik münasibətlər qurmasının 25 ili tamam olub. Biz Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyirik. V Qlobal Bakı Forumuna uğurlar arzulayıram". Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR