“Prezidentin Fransaya səfəri vaxtında edilmiş səfər idi"

"Azərbaycan Prezidentinin Fransaya səfəri vaxtında edilmiş səfər idi. Çünki bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Parisə səfər etdi, daha sonra isə Moskvaya getdi". Bunu  politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, belə təəssürat yaranır ki, Paris və Moskva Dağlıq Qarabağ probleminin həllində hərəkət etmək qərarına gəliblər: "Sarkisyan Parisdə olarkən təmas xəttində insidentlərin araşdırılması ilə bağlı mexanizmin yaradılması, monitorinqin gücləndirilməsi, atəşkəs rejimini pozan tərəfə sanksiyaların tətbiq edilməsi ilə bağlı fikrlər səsləndirdi. Əlbəttə ki, bununla o, bir daha münaqişənin həlli üzrə əsas məsələlərin müzakirəsindən yayındığını göstərdi. Çünki indi substantiv danışıqların başlanılması daha vacibdir. Sarkisyan həmçinin, Dağlıq Qarabağ ifadəsini deyil, "Artsax" kəlməsini işlədib. Azərbaycan Prezidenti Parisə səfəri zamanı Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bir daha bəyan etdi, sərt mesajlarını verdi".

Politoloq əlavə edib ki, Prezidentin səfəri zamanı həmçinin, Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərdə fəaliyyət göstərən şirkətlərə xəbərdarlıq edildi və onlardan fəaliyyətini dayandırmaq tələb olundu: "Digər tərəfdən, Fransa prezidenti Fransua Ollandla problem ətrafında çox ciddi və prinsipial müzakirələr aparıldı. Dövlət başçısı xatırlatdı ki, Minsk qrupunun həmsədri olan dövlət problemi beynəlxalq hüquq çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll edilməsinə nail olmalıdır. Bu baxımdan müəyyən məsələlərlə bağlı Prezident öz kəskin mövqeyini bildirdi və bir növ Dağlıq Qarabağ münaqişəsində tərəf tutan ölkələrə özünün qəti mesajını göndərdi".

Q.Hüseynli əlavə edib ki, dövlət başçısı Fransanı ölkəmizə investisiya yatırmağa dəvət edib: "Azərbaycanda Fransa investisiyası var və artmaqda da davam edəcək. Çünki bu, Fransa üçün də əlverişlidir. Amma bizim üçün bu gün əsas olan Dağlıq Qarabağ münaqişəsidir. Dövlət başçısı bununla bağlı da lazımi mesajlarını verdi". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR