Millət vəkili: “İnkişaf etmiş ölkələrlə birgə fəaliyyət iqtisadiyyatın inkişafına təkan verəcək”

"Azərbaycan və Fransa arasında yaxın tərəfdaşlıq mövcuddur. Bu münasibətlər son illərdə daha da inkişaf edib". Bunu millət vəkili Tahir Mirkişili deyib.

O qeyd edib ki, iki ölkə müxtəlif sahələrdə yaxından əməkdaşlıq edir: "Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanda Fransız Liseyinin açılması, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının yaradılması, Azərbaycan-Fransa İqtisadi Komissiyasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət töhfə verib. İki ölkə arasında parlamentlərarası əlaqələr də yüksək işgüzarlığı ilə seçilir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Fransa arasında həmçinin ticarət, investisiya qoyuluşu, eləcə də ölkəmizin ilk telekommunikasiya peykinin orbitə buraxılması, bərk məişət tullantılarının yandırılması zavodunun inşası, nəqliyyat və s. layihələrdə uğurla əməkdaşlıq edilir: "Hazırda Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Onların Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya məbləği 2 mlrd dolları keçib".

T.Mirkişili vurğulayıb ki, Azərbaycan Prezidentinin Fransaya səfəri bu ölkənin müxtəlif iqtisadi sektorlarında çalışan şirkətlərin diqqətini cəlb edib: "Dövlət başçımızın həm Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri, həm də ayrılıqda müxtəlif şirkətlərin rəhbərləri ilə görüşləri Azərbaycanın qeyri-neft sektoruna Fransa şirkətlərinin marağını göstərdi. Ölkəmizdə dərin iqtisadi islahatlar aparılır, iqtisadiyyatın şaxələndirilməsi yönündə müxtəlif tədbirlər həyata keçirilir. Təbii olaraq inkişaf etmiş ölkələrin təcrübəsi, müasir texnologiyaları öyrənmək və birgə fəaliyyət göstərmək Azərbaycan iqtisadiyyatının inkişafına ciddi təkan verəcək. Digər tərəfdən, Azərbaycanla Avropa İttifaqı arasında strateji münasibətlərin formalaşdırılması itiqamətində ciddi işlər aparılır. Fransa Avropa İttifaqının aparıcı ölkələrindən biridir. Bu baxımdan da Azərbaycan-Fransa əlaqələrinin inkişafı və bu əlaqələrin şaxələndirilməsi ölkələrimizin öz inkişaf hədəflərinə daha sürətli çatmasına təkan verəcək". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR