"Hollandiya və Türkiyə arasında baş verən hadisələr iqtisadi münasibətlərə təsir etməyəcək" 

Hazırda Türkiyə ilə Hollandiya arasındakı siyasi münasibətlər siyasi-diplomatik böhranın pik həddinə çatıb. Bu sözləri millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, Bu hadisələr də qərbin başqa ölkələrdə öz maraq və istəklərini həyata keçirmək üçün demokratiya terminini bir alət kimi istifadə etdiyinin şahidi olduq: "Amma ən pis nəticəsi isə bu böhranlı siyasi münasibətlərin, iqtisadi münasibətlərə təsiri olması ehtimalıdı. Çünki, Hollandiya ilə Türkiyə arasında illik 6 milyard 600 milyondan çox ticarət dövrüyyəsi mövcuddur. Bunun da 50% -ə qədəri hər iki ölkənin idxal ixracıdır. Həmçinin Niderlandın Türkiyədə 2711 şirkəti fəaliyyət göstərir. Ümumiyyətlə Niderlandın yatırdığı sərmayələrin miqdarı 22 milyardı keçib. Hər il Hollandiyadan Türkiyəyə 2,5 milyondan çox turist gəlir. Həm də Hollandiyada 500 minə yaxın türkün yaşadığını nəzərə alsaq bu iki ölkə arasındakı iqtisadi münasibətlərin hər iki ölkə üçün nə qədər əhəmiyyətə malik olduğunu görə bilərik. Burdan bir nəticə çıxarmaq olar ki, iqtisadi münasibətlərin qorunub saxlanılması və iki ölkə arasındakı siyasi böhranın tez bir zamanda həll olunması vacib və əhəmiyyətlidir".

Azər Badamov qeyd edib ki, əgər siyasi böhran daha da dərinləşsə, hər iki ölkə böyük iqtisadi ziyan çəkəcək. Hazırda iqtisadiyyatdakı inkişafı kiçik siyasi baxışlara qurban verilməsi qəbul edilməzdir. Ona görə də yaxın zamanlarda hər iki ölkə siyasi - diplomatik münasibətlərin düzəldilməsi üçün kompromisə gedəcəklər. və hər şey öz əvvəlki axarına qayıdacaq. Hesab edirəm ki, Hollandiya və Türkiyənin rəhbərləri iki ölkə arasında yaranmış bu siyasi-diplomatik böhranın iqtisadi əməkdaşlıqlarına təsir etməsinə imkan verməyəcək. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR