Qaçılmaz FƏLAKƏT SSENARİSİ, bütün yollar MÜHARİBƏYƏ…

akıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Parisdə fransalı həmkarı ilə görüşdə Bakının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini növbəti dəfə dilə gətirib. Rusiyada rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Türkiyə rəsmilərini ölkəyə buraxmayan Avropa ölkələri və Ankara arasında gərginlik davam edir. Ankara Brüsseli miqrant razılaşmasının icrasını dayandırmaqla hədələyib.

AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın işğal olunmuş əraziləri qanunsuz narkotik vasitələrinin və silah alverinin məkanına çevrildiyini bildirib.

Nazir müavini deyib ki, dünya birliyi bu məsələdə vahid mövqedən çıxış etməyənə qədər transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə effektli olmayacaq. O, bu məsələlərlə bağlı ikili standartlı yanaşma müşahidə olunduğunu, bunun isə Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olduğunu deyib.

 

Nazir müavini: "Ermənistan işğal etdiyi əraziləri qanunsuz silah alveri məkanına çevirib" - YENİLƏNİR

Bakıda AŞPA-nın komitə iclası başlayıb

 

"Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz". Bu sözləri Fransa prezidenti Fransua Ollandın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən şam yeməyində Azərbaycanın dövlət başçısı deyib.

Prezidenti bildirib ki, münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Status-kvo qəbuledilməzdir. Fransa digər həmsədrlər kimi, bu barədə dəfərlərlə bəyanatlar vermişdir".

 

İlham Əliyev: "Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz" (YENİLƏNDİ)

 

"Biz istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər". Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Parisdə sənədlərin imzalanması mərasimindən sonra fransalı həmkarı Fransua Olland ilə mətbuata bəyanatı zamanı bildirib.

 

İlham Əliyev: "Biz istəyirik ki, tezliklə münaqişəyə son qoyulsun"

 

Fransa prezidenti də qeyd edib ki, Dağlıq Qarabağda mövcud status-kvo qəbuledilməzdir: "Biz Dağlıq Qarabağ məsələsi haqqında danışdıq və bildirdik ki, mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük".

Rusiyada rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla Vladimir Putin arasında görüş olub. Kremlin rəsmi saytında dərc edilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər, Avrasiya məkanına qarşılıqlı inteqrasiyanın inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib.

Görüşün yekunları ilə bağlı Vladimir Putin bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin nizamlanması yollarının axtarılmasında köməyini davam etdirir.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması tematikasına ayrıca diqqət ayırdıq. Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində, eləcə də İrəvan və Bakı ilə birbaşa münasibətlər çərçivəsində bu münaqişənin qarşılıqlı münasib həllinin tapılmasına hər cür dəstəyini göstərməyə davam edir", - Rusiya prezidenti deyib.

Ekspertlər isə Dağlıq Qarabağda müharibə və toqquşmaların qaçılmaz olacağını düşünürlər. Məsələn,erməni politoloq Ara Papyan bu fikirdədir. Papyan münaqişənin həlli ilə bağlı Rusiyannın təklif etdiyi "Kazan düsturu"ndan danışıb. Hansı ki, bu "Madrid prinsipləri" əsasında hazırlanıb.

"Kazan sənədinə əsasən, birinci mərhələdə Kəlbəcər və Laçından başqa, biz beş rayonu qaytarırıq. Bundan sonra, qaçqınların qayıdışı olacaq. Məlumata görə, qayıdacaq qaçqınların təxmini sayı 600 minə qədər olacaq", - deyə o bildirib.

Erməni politoloq iddia edib ki, qaçqınların qayıdışından sonra Qarabağın yekun statusunun həlli üçün referendumun keçirilməsi çətin olacaq: "Çünki qaçqınların qayıdışından sonra toqquşmalar və müharibə qaçılmaz olacaq. Azərbaycan təkcə Qarabağı yox, İrəvanı da qaytarmağı planlaşdırır".

Erməni politoloqun bu fikirləri təbii ki, hər şeydən öncə münaqişənin həll olunmaması üçün irəli sürülən iddialardır.

 

İrəvanın "5 rayon və 600 min qaçqın" planına qarşı MÜHARİBƏ HAZIRLIĞI

"Qarabağda toqquşmalar və müharibə qaçılmaz olacaq".

 

Türkiyə rəsmilərini ölkəyə buraxmayan Avropa ölkələri və Ankara arasında gərginlik davam edir. Ankara və Avropa İttifaqı arasında gərginlik yaradacaq növbəti bəyanat Türkiyənin Avropa İttifaqı üzrə naziri və baş müzakirəçisi Ömer Çelikdən gəlib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə bağlanan miqrant razılaşmasının qüvvədə qalması üçün heç bir səbəb yoxdur.

Siyasi müşahidəçilər hesab edirlər ki, Türkiyə miqrantları öz ölkəsində yerləşdirməkdən imtina etsə, bu, Avropa üçün böyük fəlakətə səbəb ola bilər.

 

Ankara Avropanı dağıdacaq planı işə salır - FƏLAKƏT SSENARİSİ

Türkiyə rəsmilərini ölkəyə buraxmayan Avropa ölkələri və Ankara arasında gərginlik davam edir.

 

Fransa Prezidenti Fransua Olland Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib ki, Avropanın Türkiyəyə ehtiyacı var: "Eləcə də Türkiyə Avropaya ehtiyac duyur. Hər mövzuda olduğu kimi, bu dəfə də danışıqlar yoluyla konflikti həll etməliyik".

Türkiyə ilə münasibətləri pisləşən Almaniya erməni kartını işə salıb. Köln şəhərində qondarma "erməni soyqırımı" abidəsinin ucaldılması ilə bağlı qərar qəbul edilib. Abidə "Lehmbacher Weg" məzarlığında qoyulacaq. Sözügedən abidənin qoyulması ilə bağlı qərar Köln şəhər Bələdiyyəsinin Yuxarı Komissiyası tərəfindən səsə qoyularaq qəbul edilib.

Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasına Donetsk və Luqansk "xalq respublikaları" ilə nəqliyyat əlaqəsini tamamilə dayandırmağı təklif edib. Pyotr Poroşenkonun çıxışı dövlət başçısının saytında dərc edilib.

"Milli Təhlükəsizlik və Müdafiə Şurasına işğal olunmuş ərazilərlə nəqliyyat əlaqəsinin tamamilə dayandırılmasını haqqında qərar qəbul etməyi təklif edirəm. Bu qadağa işğalçılar tərəfindən oğurlanmış Ukrayna müəssisələrinin Ukraynanın yurisdiksiyasına qaytarılacağına qədər davam edəcək", - Poroşenko deyib.

Ukrayna prezidenti vurğulayıb ki, "DXR" və "LXR"in təklif etdiyi şərtlərlə işləməyə razılaşan müəssisələr sanksiyalara məruz qalacaqlar.

"Obozrevatel" saytına müsahibəsində Krım tatarlarının lideri Mustafa Cəmilov deyib ki, macar siyasətçilərin Ukraynadakı etnik macarların haqları və maraqlarının müdafiəsi haqda bəyanatları Rusiyanın "rus dünyası" siyasətinə bənzəyir.

"Macarıstan və Ukraynanın rus aqressiyasından əvvəl də sıx əlaqələri olmayıb. Onların siyasətçilərinin Ukraynadakı etnik macarlarla bağlı açıqlamaları Rusiyanın "rus dünyasını" qorumaqla bağlı apardığı siyasətə bənzəyir. Macarıstanda sağçılar həddən artıq güclüdür. Ümumiyyətlə, Avropadakı radikal sağçıların böyük hissəsi rusiyayönlü siyasət yürüdür", - deyə o bildirib.

Qeyd edək ki, macarlar Ukraynanın qərbindəki Zakarpatya vilayətində yerləşirlər. Macarlar bu vilayətin ümumi əhalisinin 12 faizini təşkil edirlər. Bundan öncə dəfələrlə bölgədə müxtəlif separatçılıq fəaliyyəti aparılsa da, heç bir nəticə əldə edilməyib.

Tatar lideri həmçinin bildirib ki, Rusiya ilə Krım və ya Donbasla bağlı kompromisə getmək genişmiqyaslı dünya xaosunun yolunu açacaq: "Qərbdə müəyyən qüvvələr var ki, insanların taleyi onları maraqlandırmır. Onlar öz maraqlarını düşünürlər. Onların fikrincə, Putinlə razılaşmaq lazımdır. Bütün bunlar qlobal dünyaya zərbə vurur. Rusiyaya dəstək verən şəxslər atacağı addımların nəticələri haqqında düşünmürlər".

Rusiya Dövlət Dumasında Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin çıxışı qalmaqalla başa çatıb. Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxışında emosional formada Dövlət Dumasına seçkilər öncəsi vəziyyətdən narazılığını ifadə edib.

Siyasətçi Moskva vilayətində onun partiyasının üzvlərinin seçki siyahılarından zorla çıxarıldığını bildirib. Jirinovski söz verib ki, növbəti il prezident seçkilərində qalib gələcəyi halda öz opponentlərini güllələyəcək.

 

Jirinovski SÖZ VERDİ: "Kremlə gəlib sizi asacağam!" - VİDEOLAR

Dumada qalmaqal yarandı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR