Səməd Seyidov: “Avropa Şurasının bir çox üzvünün ərazisində münaqişələr var”

"Avropa Şurasının bir çox üzvünün ərazisində münaqişələr var".  Bunu bu gün Bakıda Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidov bildirib. S. Seyidov deyib ki, Türkiyə və Azərbaycanda 4 milyondan çox qaçqın və məcburi köçkün var :"Bu sıraya İtaliya, Yunanıstanda olan qaçqınları da əlavə etsək, vəziyyət daha da mürəkkəb olur. Krımın işğalından sonra Rusiya sanksiyalarla üzləşdi. AŞPA-nın son iclasından sonra Türkiyə də nəzarətə götürüləcək. Biz bunu ədalətli saymırıq. Bu məsələlərdə Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin fəaliyyəti önəmlidir". 

Millət vəkili bildirib ki, Bakıda keçirilən toplantıdan sonra bu problemlərin həlli yollarının tapılacağına inanır. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR