Vitse-spiker: "Sizi daha qətiyyətli addımlar atmağa çağırıram"

AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclası AŞPA ilə Azərbaycan arasında gələcək inkişaf üçün mühüm töhfə olacaq.  Bunu Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov deyib.

V.Ələsgərov bildirib ki, Azərbaycan artıq 17 ildir ki, AŞPA-nın üzvüdür və bu təşkilatla sıx əməkdaşlıq edir. Milli Məclis AŞPA ilə münasibətlərin bundan sonra hərtərəfli inkişafında maraqlıdır, lakin bu münasibətlər mütləq şəkildə qarşılıqlı hörmətə əsaslanmalı və hər iki tərəfin maraqlarına cavab verməlidir.

V.Ələsgərov qeyd edib ki, bu gün keçirilən iclasda vacib məsələlər müzakirə olunacaq:

"Bu gün müzakirə edilən problemlə Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşılaşıb. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etməklə ölkəmizi ciddi problemlərlə qarşı-qarşıya qoyub. Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkün problemini həll etmək məcburiyyətində qalıb. 500 milyon əhalisi olan Avropa Suriyadan, İraqdan və digər ölkələrdən olan təqribən 2 milyon qaçqın probleminin həllində çətinlik çəkir, lakin 10 milyonluq Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkün problemini həll etmək məcburiyyətində qalıb. Biz şikayət etmirik, sadəcə beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünə ikili standartlarla yanaşır. Əgər bu məsələyə ədalətlə yanaşılsaydı, postsovet ölkələrində belə problemlər olmazdı. Mən sizi daha qətiyyətli addımlar atmağa çağırıram". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR