Fransua Olland: “Biz, bu riskləri ötən ilin aprelində gördük”

"Fransa prezidenti Fransua Olland Qarabağ münaqişəsinin həlli yollarının tapılmasını mümkün hesab edir". Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfərini şərh edən Rusiyanın İTAR-TASS agentliyi fransalı prezidentin ölkə başçımızla apardığı danışıqların nəticələri ilə bağlı fikirlərini şərh edərkən yazır.

"Biz hesab edirik ki, parametrlər məlumdur və müddəti uzanmış münaqişənin həlli yollarını tapmaq mümkündür"-deyə agentlik Ollandın fikirlərini qeyd edib. İTAR-TASS bu fikirlərin Azərbaycan Prezidentinin rəsmi saytında da vurğulandığını bildirir.

Qeyd olunur ki, Olland Fransanın danışıqlar prosesinin yenidən başlanmasını istədiyini deyib. Fransa prezidentinin sözlərinə görə, mövcud status-kvo qəbuledilməzdir. "Risklər var və biz ötən ilin aprelində insident baş verərkən bunu gördük", - deyə Olland əlavə edib.      

O, həmçinin vurğulayıb ki, Avropa və Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün birgə əməkdaşlığa ehtiyac var.

"Biz Avropa ilə Türkiyə arasındakı münasibətlərin stabilləşməsi üçün öz qüvvəmizi ortaya qoymalıyıq. Digər məsələlərdə olduğu kimi, bu məsələdə də dialoq mühitini genişləəndirməliyik", - Fransa prezidenti Fransua Olland deyib.  Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR