Putindən GÖZLƏNİLMƏZ ƏMR

Rusiyada post-sovet ölkələri üçün ciddi təhlükə yaradacaq "Həmyerlilər" proqramı işə salınır.

Publika.az xəbər verir ki, Rusiya keçmiş SSRİ-də doğulanlar üçün rus pasportları paylamaq niyyətindədir.

"Komsomolskaya Pravda" yazır ki, keçmiş SSRİ-də doğulanlardan arzu edənlər arzu edən hər kəs Rusiya vətəndaşlığını ala biləcək.

Dövlət Dumasının millətlərlə iş üzrə komitəsi post-sovet məkanında rus dili daşıyıcılarının Rusiya vətəndaşlığı almasını sadələşdirən qanun layihəsini bəyənib. "Rusiya Federasiyası vətəndaşlığı haqqında" və "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında" qanunlara düzəliş edilməsi gözlənilir.

Məlumata görə, bu qanun layihəsi Putinin tapşırığına uyğun hazırlanıb. Duma üzvləri keçmiş Rusiya imperiyası və ya SSRİ ərazisində doğulmuş şəxslərə vətəndaşlığın verilməsini "rus dili daşıyıcıları" kateqoriyası altında aparmağı təklif ediblər. Həmçinin, "Rusiyada doğulmuş qohumlara malik olanlar" da vətəndaşlığı asanlıqla ala biləcəklər.

Bu o deməkdir ki, Rusiya vətəndaşlığı təkcə SSRİ-də doğulmuşlara yox, onların nəsillərinə də veriləcək.

Moskvanın bu proqramının ilkin hədəfi əhalinin azlıq təşkil etdiyi Rusiya əyalətlərində yerləşdirməni artırmaq hesab oluna bilər. Lakin əsas hədəfin SSRİ-ni bərpa etmək olduğu hesab olunur. Təbii ki, köhnə quruluş qayıtmayacaq, sadəcə olaraq, Kremlin SSRİ-nin "varisi" kimi post-sovet məkanını ovcunun içində saxlamaq niyyətləri hiss edilir.

Ən təhlükəli məqam isə post-sovet ölkələrinə müdaxilə zəmanəti yaratmaqdır. Çünki indiyə qədər Cənubi Osetiya və Abxaziyanı, Dnestryanı və Krım ərazisini məhz "rus dilli əhaliyə təhlükə" bəhanəsi altında müdaxilə edib. Yeni qanun layihəsi qəbul edilərsə, müdaxilə məsələsinin önü tam olaraq açılacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR