Ermənistan və Rusiya prezidentlərinin görüşü...

"Ermənistan və Rusiya prezidentlərinin Moskvada baş tutacaq görüşü Rusiya ilə Fransa arasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi ilə bağlı yaxşı mənada rəqabətin bir hissəsidir. Lakin kimin bu yarışda qabaqcıl olması bu görüşdən asılı olacaq". Bunu  politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, Moskvada baş tutacaq görüş Rusiyanın bu məsələdəki mövqeyi baxımından da əhəmiyyətli olacaq: "Çünki, Rusiyanın XİN başçısı Lavrov bir dəfə Azərbaycanı dəstəkləyən fikirlərlə çıxış edirsə, bir neçə dəfə ermənilərin mövqeyini dəstəkləyən bəyanatlar verir".

Bir müddət öncə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda prezidentlərinin görüşünün keçirildiyini xatırladan politoloq bu görüşü uğurlu adlandırıb: "Rusiya qısa zamanda növbəti görüşün keçiriləcəyini elan etsə də, bu təşəbbüsü davam etdirə bilmədi. Daha sonra hadisələr elə gətirdi ki, Putin yenidən Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli formatına qayıtmalı oldu".

Məlumat üçün bildirək ki, Ermənistan prezidenti Serj Sarkisyan martın 14-15-də Putinin dəvəti ilə Rusiyada səfərdə olacaq. Martın 15-də keçiriləcək yüksək səviyyəli danışıqlar zamanı siyasi, iqtisadi, mədəni sahədə ikitərəfli münasibətlər ətrafında müzakirələr aparılacaq. Bundan başqa, regionun aktual problemi Dağlıq Qarabağ münaqişəsi üzrə fikir mübadiləsi aparılacaq". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR