“Prezident cinayət əməlindən peşiman olanlara bir şans verir”

"Bu gün Azərbaycan Prezidenti İlham Əliyevi dünyada bir humanist siyasi şəxsiyyət kimi tanıyırlar. Çünki onun təşəbbüsü ilə ildə bir neçə dəfə əfv sərəncamı imzalanır və bunun nəticəsində yüzlərlə ailə azadlığa qovuşur. Belə bir addım yaxın günlərdə Novruz bayramı ərəfəsində olacaq. Yenə də xeyli sayda cinayət etmiş şəxs əfv olunaraq cəmiyyətə inteqrasiya olunacaq". Bunu deyən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən əsas proioritetlərindən biri və ən başlıcası ölkə vətəndaşının təhlükəsiziliyni təmin etməklə yanaşı, onun azad və yaxşı rifah halında yaşamasına nail olmaqdan ibarətdir: "Ölkə başçısı fəaliyyətini bu istiqamətdə qurub. Elə Azərbaycan prezidenti İlham Əliyevin mütəmadi olaraq öz konstitutsion hüquqlarından istifadə edərək əfv sərəncamı imzalayaraq həbsdən yüzlərlə insanı azad edir. Prezident cinayət edən və sonradan öz cinayət əməllərindən peşiman olub, cəmiyyətə inteqrasiya olunmaq istəyən insanların müraciətini müsbət qarşılayaraq, onlara belə bir şans verir. Bunun üçün də ölkə başçısı öz konstitutsion hüququndan istifadə edərək, ildə bir neçə dəfə əfv sərəncamı imzlayır və bunun nəticəsində yüzlərlə insan azadlığa çıxır, ailəsinə qovuşur. Növbəti belə bir addımın xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində də atılması gözlənilir. Və bu dəfə də xeyli sayda məhbus azadlığa qovuşacaq". 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR