Deputatlarımız həmməruzəçilərlə Dağlıq Qarabağdan danışacaqlar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçilərinin Azərbaycana səfəri planlaşdırlır. Səfər çərçivəsində Azərbaycanın millət vəkilləri bir sara məqələlər ətrafında müzakirələr aparacaqlar. Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib ki, AŞPA məruzəçilərinin Azərbaycana gəlməsi məruzənin hazırlanması çərçivəsində olan səfərdir: "Yenə də Azərbaycanda olan vəziyyətlə daha ətraflı tanış olmaq məqsədilə AŞPA-nın məruzəçiləri ölkəmizə səfər edəcəklər. Səfər çərçivəsində müxtəlif sahələr üzrə görüşlər keçiriləcək. Milli Məclisdə, dövlət orqanlarında, qeyri-hökumət təşkilatlarında, vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşlər olacaq. Bu səfər məruzənin hazırlanmasında və Avropa Şurasında fəaliyyətləri çərçivəsində düşünürəm ki, çox faydalı olacaq. Ona görə ki, AŞPA məruzəçiləri hər dəfə Azərbaycana gələndə yeni məlumatlar əldə edirlər. Təbii ki, vəziyyətlə daha yaxından tanış olurlar. Mən düşünürəm ki, sonda bu səfərlərin, görüşlərin nəticəsi olaraq, Azərbaycanda reallıqları əks etdirən bir məruzə hazırlanacaq". AŞPA məruzəçiləri ilə görüş zamanı hər dəfə olduğu kimi, yenə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən danışıqlar aparılacaq: "Ümumiyyətlə hər bir görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söhbətlər edilir. Onlar da daimi olaraq, bu məsələ ilə maraqlanırlar. AŞPA məruzəçiləri hər dəfə Azərbaycana səfər edən zaman həm cəbhə bölgəsində gedən proseslərlə və Dağlıq Qarabağla bağlı həm dövlət qurumlarının, həm də cəmiyyətin fikirlərini dinləyib, müəyyən mövqeyə malik olurlar".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR