Erməni hüquq müdafiəçisi: Azərbaycan və Ermənistan tarixinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqəsi yoxdur

Azərbaycanın və ya Ermənistanın tarixinin beynəlxalq hüquqla və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqəsi yoxdur. Bunu məşhur erməni hüquqşünas Vahe Avetyan Bakıda keçirilən "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda deyib.

Xocalıda ermənilər tərəfindən törədilən soyqırım barədə danışan V.Avetyan deyib: "Biz qədim xalqlarıq, amma gənc dövlətlərik və öz tariximizi soyqırımla başlaya bilmərik".

O xatırladıb ki, bir müddət əvvəl bir sıra erməni hüquq müdafiəçiləri və yazıçılar Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istəyiblər: "Xalqlarımız arasında nifrətin aşılanması heç bir şeyi həll etməyəcək. Avropada və dünyanın digər ölkələrində olduğu kimi, gec və ya tez Qafqazın ümumi tarixi yazılacaq". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR