Fuad Axundov: "Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan işğal edilmiş ərazilərini mütləq geri alacaq"

25 ildən çoxdur ki, Ermənistan rəhbərliyi guya dünyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "müstəqilliyini" tanımağa başladığını bəyan edərək öz xalqını aldadır. Lakin bu illər ərzində qondarma rejimi heç bir ölkə, o cümlədən Ermənistan özü tanımayıb. Bunu "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov deyib.

F.Axundov qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib: "Müqayisə üçün: faşist Almaniyası SSRİ ərazisinin cəmi 9 faizini işğal etmişdi".

Onun sözlərinə görə, əgər müharibənin əvvəlində Ermənistanda Azərbaycanın bu əraziləri güzəştə gedəcəyinə və onları qaytarmağı tələb etməyəcəyinə inanırdılarsa, bu gün bu mif artıq dağılıb:

"Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan öz işğal edilmiş ərazilərini mütləq geri alacaq". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR