Maksim Şevçenko: “Qarabağ münaqişəsi yalnız Rusiya-Türkiyə-İran formatının inkişafı ilə həll edilə bilər”

"Problem yalnız Rusiya-Türkiyə-İran formatının fəal inkişafı ilə həll edilə bilər". Bunu Bakıda "Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq konfransda Rusiya prezidenti yanında yanında İctimai Palatanın üzvü, "Qafqaz siyasəti" portalının baş redaktoru Maksim Şevçenko deyib. 

M. Şevçenko bildirib ki, ATƏT-in Minsk qrupunun üzvləri, xüsusən ABŞ münaqişənin həllində maraqlı deyil: "Münaqişənin həlli təkcə Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlarını deyil, həm də bütün məcburi köçkünlərin qarşılıqlı qaytarılması üçün imkan yaradılmasını da əhatə etməlidir. Münaqişənin hərbi həlli yoxdur. Eskalasiya Gürcüstan, Rusiya və NATO ölkələrinin ərazisində birbaşa münaqişəyə səbəb olacaq. Ermənistan Rusiyaya qədər dəhliz tələb edəcək, Gürcüstan NATO-ya müraciət edəcək. Rusiya regionda öz maraqlarını qorumaq üçün hərəkətə başlayacaq. Azərbaycan üçün bu, İran və Rusiya arasında qalmaq, eləcə də öz aktivlərini və Rusiyada olan siyasi təsirini təhlükə altına qoymaq deməkdir. Ən yaxşı format "üçbucağ"ın yeni nəzarət komissiyalarının yaradılmasıdır ki, buna da Qərb heç vaxt imkan verməyəcək. Buna görə də daimi hərbi eskalasiya ilə humanitar əlaqələr yaxın gələcəkdə gündəlikdə olacaq".

M. Şevçenko qeyd edib ki, Rusiyada Ermənistandan daha çox erməni yaşayır: "Buna görə də Rusiya balanslaşdırılmış siyasət aparmalıdır. Bununla yanaşı, mən hazırda Ermənistanda mövcud problemlərə də böyük həyəcanla yanaşıram". Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR