“Türkiyə Avropa İttifaqı ilə əlaqələrini pozmayacaq”

"Niderland və digər Avropa ölkələri tərəfindən Türkiyəyə qarşı sərgilənən davranışı qəbul etmək mümkün deyil". Bunu Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin sədr müavini, ekspert Mehmet Fatih Öztarsu deyib.

Onun sözlərinə görə, bu siyasi gərginliyin əlaqələrin pisləşməsinə gətirib çıxaracağı bəllidir: "Biz bu gərginliyə dəstək verən işlərin aparıldığını və açıqlamaların verildiyini müşahidə edirik. Avropa İttifaqı əslində insan haqları və ifadə azadlığının təminatçısıdır. Aİ-nin quruluş fəlsəfəsinə zidd hərəkət edən bəzi ölkələrin liderləri Avropada sağçılığın yüksəlməsinə səbəb olur. Avropa sağçılığının yüksəlməsi ilə nələr olacağı isə yaxın tariximizdə görülə bilər. Bu proseslər keçib gedəcək, amma beyinlərdə qalacaq. Buna görə daha soyuqqanlı davranaraq hərəkət etmək lazımdır".

Ekspert əlavə edib ki, Türkiyə Avropa İttifaqına üzvlüyə dair prosesə ciddi yanaşdığını hər zaman sübut edib: "Bunun üçün Aİ məsələləri üzrə nazirlik də yaradılıb. Ona görə də Ankara bu cür davranışlarla Aİ ilə əlaqələrini pozmayacaq". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR