Sülh danışıqlarına SON, Qarabağda MÜHARİBƏ BAŞLANIR

 

  •  
  •  
  •  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya səfəri davam edir. Ermənistanın "aprel müharibəsi"ndə məğlubiyyətinin yeni sirləri ortaya çıxıb. Türkiyə və Niderland arasında diplomatik böhran davam edir. Türkiyə və Avropa İttifaqı bir-birini əllərindəki kartlarla hədələyib. Suriya müxalifəti Astanada keçiriləcək Suriya danışıqlarda iştirakdan imtina edib.

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransada bir sıra görüşlər keçirib.

 

Prezident Fransada görüşlər keçirir - FOTOLAR (YENİLƏNİR)

 

Ermənistan iqtisadiyyatının diaspordan gələn yardımlardan asılı olduğu məlum məsələdir. Diaspor bu ölkənin son ümid yeri, son qalası hesab olunur. Diaspor yardımı kəsərsə, Ermənistandan ciddi iqtisadi böhranın başalayacağı dəfələrlə müxtəlif ekspertlər tərəfindən səslənib.

Erməni siyasi şərhçi Musa Mikaelyan isə artıq diasporun Ermənistana maliyyə yardımı ayırmaqdan imtina etdiyini açıqlayıb. M.Mikaelyan yayımladığı məqaləsində bildirib ki, diaspordan olan biznesmenlər Ermənistana investisiya yatırmaqdan imtina edir, həmçinin, pul ayırmırlar.

 

Ermənistanı ayaqda saxlayan şəxslər İrəvandan İMTİNA ETDİ - Düşmən BÖYÜK FƏLAKƏTLƏ ÜZ-ÜZƏ

Ermənistandan imtina etdiyini açıqlayıb.

 

Ermənistanın "aprel müharibəsi"ndə məğlubiyyətinin yeni sirləri ortaya çıxıb. Ermənistan ordusunda acınacaqlı vəziyyəti davam edir.

Erməni hüquq-müdafiəçisi Ruben Martiorosyan deyib ki, onda olan məlumatlara görə, "aprel müharibəsi"ndə bir çox tank döyüş yerinə qədər gedib çata bilməyib: "Buna səbəb yanacağın olmaması idi. Döyüş hazırlığına gətirilən tankların yalnız 10 faizində yanacaq var idi. 90 faiz tankın çəni isə boş idi. Çünki bütün yanacaq oğurlanaraq satılıb".

Onun sözlərinə görə, Ermənistan ordusunda oğurluq hazırda da davam edir və nəhəng ölçülərə çatıb.

 

"Aprel müharibəsi"ndə nələr yaşanıb? - İrəvanın SİRRİ ORTAYA ÇIXDI

Yeni sirləri ortaya çıxıb.

 

Ermənistan prezidenti Serj Sarkisyan son günlər müharibə qorxularından danışır. Martın 7-də Fransaya səfərindən bir gün öncə Sarkisyan "Frans press" agentliyinə müsahibəsində bildirdi ki, "müharibə sabah da başlaya bilər". Ermənistanın "Aravot" qəzeti Sarkisyanın müharibə mesajının arxasında Moskvanın təzyiqinin dayandığını yazıb.

Qəzet qeyd edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "Lavrov planı"nın tətbiqi üçün İrəvana təzyiq edir. Nəşr Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqu Aleksandr Duqinin "Lavrov planı" ən real variantdır və bu həyata keçiriləcək" sözlərini xatırladaraq, Moskvanın hərəkətə keçdiyini yazıb.

 

Kremlin ideoloqu rusların Qarabağ planını açıqladı: "Rayonlar qaytarılacaq"

Bu plana qarşı yalnız Amerika çıxır.

 

"Rusiya bu planın reallaşması üçün açıq şəkildə Ermənistana təzyiq edir. Serj Sarkisyanın müharibə mesajları səsləndirməsinin arxasında dayanan səbəb də budur. Güman ki, rəsmi İrəvan "Lavrov planı"na müqavimət göstərmək üçün müharibəyə başlayacaq. Müharibə yeganə çıxış yolu olaraq görünür", - deyə qəzet bildirib.

Azərbaycan düşmənin pilotsuz uçan aparatlarının məhv edən silah alıb. "Harp Arge" müdafiə sənayesi şirkətinin "dron zenit" (daşına bilən zenit komleksi) silahının ilk müştərisi Azərbaycan olub.

"Dron zenit" kameralıdır, uzaqdan idarə olunan aparatların sistemini poza və məhv etmək gücünə malikdir. Bu silahlardan Türkiyə ordusu aktiv şəkildə istifadə edir. Silahdan Türkiyənin baş naziri Binəli Yıldırımın mühafizəçiləri tərəfindən də istifadə olunur.

"Dron zenit"in özünəməxsus özəllikləri var. Belə ki, bu silahın super nəzarət antenaları var və istənilən pilotsuz uçan aparatı məhv etmək gücünə sahibdir. Azərbaycan ordusu yeni silahı artıq uğurla sınaqdan keçirib.

Türkiyə və Niderland arasında diplomatik böhran böyüməkdə davam edir. Niderlandın Türkiyədəki səfirliyinin müvəqqəti işlər müvəkkili Daan Feddo Türkiyə Xarici İşlər Nazirliyinə üçüncü dəfə çağırılaraq iki nota verilib.

Bundan başqa, Niderlandan yazılı üzr tələb edilib.

Qeyd edək ki, Hiderland hökumətinin Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlunun təyyarəsinə icazə verməməsi, eyni zamanda ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna buraxılmaması Ankara və Amsterdam arasında qalmaqal yaradıb.

Türkiyə və Niderland arasındakı yaranan böhrandan sonra Ankaranın Amsterdama qarşı atacağı addımlar gündəmə gəlib. Türkiyə KİV-inin yazdığına görə, Ankara Niderlandın Türkiyənin iki nazirini ölkəyə buraxmamasından sonra diplomatik və siyasi sanksiyalar tətbiq etməyə hazırlaşır.

Gündəmdə kəşfiyyat əməkdaşlığın məhdudlaşdırılması, hərbi təyyarələr üçün hava məkanının bağlanılması kimi sanksiyalar var. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci jurnalistlərə açıqlamasında bildirib ki, hazırda iqtisadi sanksiyalar gündəmdə deyil.

Türkiyə və Niderland arasındakı gərginliyi şərh edən "The Times" qəzeti Niderlandın mühafizəkar baş naziri Mark Ruttenin əsl məqsədini yazıb. Nəşrin yazdığına görə, baş nazirin əsl məqsədi sağçı Azadlıq Partiyasının lideri Gert Vildersə olan dəstəyi dağıtmaqdır.

"Mühafizəkar baş nazir Mark Rutte parlament seçkilərinə bir neçə gün qalmış sağçı Gert Vildersə olan dəstəyi dağıtmaq istəyir. İki siyasətçinin partiyaları seçki kampaniyasında baş-baş mübarizə aparırlar. Amma Niderlanddakı seçkilərdə sağçıların yüksəlişinə bu cür manevrlərlə maneə olmaq mümkün deyil. Türklərə qarşı sərt davrana biləcəyini göstərmək istəyən Rutte diqqətsiz şəkildə edilən hücumu ilə Vildersin seçki kampaniyasına dəstək vermiş oldu", - nəşr yazıb.

Şimali Atlantika İttifaqı (NATO) və Avropa İttifaqı Türkiyə ilə Hollandiya arasındakı gərginliklə əlaqədar bəyanat verib. NATO-nun baş katibi Yens Stoltenberq ittifaq üzvləri olan Türkiyə və Hollandiyaya gərginliyin azaldılması üçün çağırış edib.

Avropa İttifaqı isə quruma üzv olmaq istəyən Türkiyəni hədələyib.

 

"Gərginliyi azaldın!" - NATO və Avropa İttifaqından ÇAĞIRIŞ

Avropa İttifaqı Türkiyəni vəziyyəti gərginləşdirəcək bəyanatlar və hərəkətlərdən qaçmağa çağırıb.

 

Ankara isə Avropa İttifaqını miqrant razılaşması üzərində hədələyib. Avropa İttifaqı naziri və baş müzakirəçi Ömər Çelik bildirib ki, Türkiyə miqrant razılaşmasında yer alan qurudan keçidlər mövzusunu yenidən qiymətləndirməlidir.

Türk hökumətindən gələn təhdidlər altında heç bir müzakirəyə başlamayacağıq. Bu sözləri Hollandiya Baş naziri Martin Rutte deyib. "Çərşənbə günü Hollandiyada parlament seçkisi keçiriləcək. Türkiyənin Hollandiyada keçiriləcək seçkilərə müdaxilə etmək istədiyini düşünmürəm. Hollandiyadakı türklər Türkiyənin deyil, bizim ölkənin vətəndaşlarıdır", - Rutte bildirib.

Almaniya hökumətinin koalisiya ortaqlarından olan Xristian Sosial İttifaqının (CSU) parlament (Bundestaq) fraksiyasının xarici siyasət üzrə işçi qrupunun sədri Florian Han alman əsgərlərinin Türkiyənin İncirlik bazasından geri çəkilməsini istəyib. Florian Han bu haqda "Bild am Sonntag" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Almaniya və Türkiyə arasında mövcud münasibətlər fonunda Türkiyə hökumətinin İncirlikdəki alman əsgərlərinin təhlükəsizliyini təmin edə biləcəyi və təmin etmək istədiyi getdikcə qeyri-müəyyən hal alır.

Siyasətçi həmçinin İncirlik bazasının infrastrukturuna Almaniyanın qoyduğu sərmayələrin dayandırılmasını və "Tornado" kəşfiyyat təyyarələrinin başqa bir yerə köçürülməsini təklif edib.

Almaniya kanslerinin mətbuat katibi Peter Altmayerin sözlərinə görə, türk siyasətçilərə qarşı Hollandiyadakı kimi bir qadağanın tətbiq olunması ehtimal olunan addımdır. "Almaniya hər zaman belə bir addımdan uzaq olmağa çalışıb. Ancaq bu, o demək deyil ki, vəziyyət həmişə belə davam edəcək. Alman qanunlarının pozulması və ya qəbulolunmaz sözlər deyilməsi qırmızı xətti keçmək deməkdir. Türk siyasətçilərin alman hökumətini nasist adlandırması da buna daxildir", - Alymayer bildirib.

Suriya prezidenti Bəşər Əsəd Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşdə Avropanın ünvanına ağır ittihamlar səsləndirib. Əsədin sözlərinə görə, bir sıra Avropa ölkələrinin Suriya və Yaxın Şərq dövlətləri ilə bağlı səhv siyasəti regionda terrorizmin yayılmasına gətirib çıxarıb.

"Dəməşqə qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı Avropa ölkələrinin siyasəti terrorizmin yayılmasına və Avropa ölkələrinə qaçqınların böyük axınına gətirib çıxardı", - Əsəd bildirib.

Suriya müxalifəti Astanada keçiriləcək Suriya böhranının həlli üzrə görüşdə iştirak etməyəcək. Bunu Suriya müxalifətinin nümayəndə heyətinin üzvü Üsamə Əbu Zeyd deyib.

"Bizim bəyanatımız çox aydındır: müxalifət Astana görüşünün üçüncü raundunda iştirak etməyəcək, belə ki, atəşkəs haqqında vədlərə hələ də əməl olunmur", - o bildirib.

Xatırladaq ki, Suriya böhranının həlli üzrə Astana görüşünün üçüncü raundu martın 14-15-də keçiriləcək. Bundan əvvəlki görüşlərdə Suriya müxalifəti, Əsəd hakimiyyəti, Türkiyə, Rusiya və İran nümayəndələri iştirak ediblər.

ABŞ İraqın qərbindəki Ənbar vilayətinə iki min hərbçi yerləşdirib. Türkiyə mətbuatı bu informasiyanı özünün etibarlı mənbəsinə istinadən yayıb.

ABŞ hərbçiləri Ənbar vilayətindəki "Eynəl Əsəd" bazasına yerləşdiriliblər. Bu hərbçilərin İraqın qərb vilayətlərinin İŞİD-dən təmizləməsində istifadə olunacağı gözlənilir.

Qeyd edək ki, ABŞ bundan öncə Suriyaya xeyli sayda dəniz piyadası göndərib. Onların Rakka əməliyyatında istifadə ediləcəyi iddia edilir.

Rusiya hökuməti Gürcüstandan bitərəfli ayrılan Cənubi Osetiya separatçı refimin müxtəlif hərbi hissələrinin Rusiya ordusunun tərkibinə daxil olması haqqında "razılaşma"nı təsdiqləyib. "Razılaşma"ya əsasən, bundan sonra qondarma respublikanın hərbi biletləri Rusiya ərazisində tanınacaq.

Xatırladaq ki, Cənubi Osetiya Gürcüstan ərazisidir. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra bu torpaqlar Tiflisin nəzarətindən çıxıb. Daha sonra Rusiya qondarma rejimin müstəqilliyini tanıyıb.

Avropa İttifaqı Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyaların müddətinin daha 6 ay - 2017-ci il sentyabrın 15-nə kimi uzadıb. Sanksiyalara məruz qalan şəxslərin maliyyə aktivləri dondurulur və Avropa İtttifaqına üzv ölkələrə girişi qadağan edilir. Qeyd edilir ki, sözügedən şəxslər Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini pozmaqda ittiham olunur.

"Qara siyahı" təkrar gözdən keçirilib. Ölümü ilə əlaqədar iki nəfər siyahıdan çıxarılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR