Deputat: Niderlandın Türkiyəyə qarşı etdiyi Avropa demokratiyasına ləkədir

Türkiyənin yüksək çinli diplomatlarının Hollandiyaya buraxılmaması təəccüb və təəssüf doğurur. Bunu millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkili bildirib ki, bu hadisə Avropanın demokratik dəyərlərinə zərbədir: "Holandiyanın belə bir addım atması Avropa demokratiyasına ləkədir. Bütün bunlar azmış kimi, diplomatların Hollandiyaya buraxılmamasına etiraz edən dinc aksiyaçılara qarşı qeyr-insani hərəkət etdilər. Bu qədər vəhşilik olmaz. Çünki etiraz edənlər silahsız idi. Onlar Hollandiya dövləti, rəsmi qurumlar üçün heç bir təhlükə törətmirdilər. Özünü demokratiyanın beşiyi sayan Avropa bu dəfə demokratiyada da ikili standartları nümayiş etdirdi, beynəlxalq konvensiyalara hörmətsizlik göstərdi. Bu prosesdə Türkiyə yalnız beynəlxalq normalar çərçivəsində addım atıb. Türkiyə diplomatlarının öz vətəndaşları ilə görüşünün qarşısının bu cür vəhşiliklə alınması, qeyri-adekvat güc tətbiq olunması dərin təəssüf hissi doğurur".

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıb.

Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə nota ünvanlayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR