"Generalların Bakı görüşü Azərbaycanın bölgədə geosiyasi körpü olduğunu göstərir"

ABŞ və Rusiya Baş Qərargah rəislərinin görüşünün Bakıda keçirilməsi təbiidir, çünki Azərbaycan Rusiya, İran və Türkiyə arasında əlaqələndirici geosiyasi körpüdür. Bu sözləri amerikalı siyasi analitik, "Gulf State Analytics"-in baş müşaviri Teodor Karasik deyib.

Onun sözlərinə görə, Bakı həm NATO, həm də Kremllə yaxşı əlaqələrə malikdir. Ekspert hesab edir ki, Bakıdakı görüş Vaşinqtonla Moskva arasında münasibətlərə yeni müsbət təkan verə bilər.

T.Karasik deyib ki, ABŞ və Rusiya üçün ən vacib iki mövzu İŞİD-lə mübarizə və Rusiya ilə NATO arasında münasibətlərdir. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR