Ukrayna səfirliyi: Azərbaycanda referendum yalnız milli qanunvericilik çərçivəsində keçirilə bilər

"Azərbaycanda keçiriləcək istənilən referendum yalnız milli qanunvericilik çərçivəsində baş tutmalıdır".  Bu barədə  Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib. Səfirlik nəzərə çatdırıb ki, Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini prezident Pyotr Poroşenko 13-14 iyul 2016-cı ildə rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi birgə mətbuat konfransı zamanı bir daha ifadə edib: "Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində daima Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanda keçiriləcək istənilən referendum yalnız Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində baş tutmalıdır".

Qeyd edək ki, fevralın 20-də işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejim "Konstitusiya referendumu" keçirməyə hazırlaşır. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR