MM Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edəcək

"Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Milli Məclisi dünya ölkələrinin parlamentlərinə Xocalı soyqırımı ilə bağlı müraciət edəcək". "Olaylar"  xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Z. Əsgərov bildirib ki,  artıq neçə illərdir ki, Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciətlər edilir. "Bildiyiniz kimi, Milli Məclis Xocalı soyqırımın 10, 15, 20 illiyi ilə bağlı qərarlar qəbul edib. Eyni zamanda, Milli Məclis hər il Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edir. Bu il də bəyanat qəbul olunacaq. Biz dünya dövlətlərinə müraciət edəcəyik".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR