Vitse-spiker: "Penitensiarla bağlı sərəncam inqilabi sərəncamdır"

"Azərbaycan prezidenti İlham Əliyevin penitensiar sistemlə bağlı sərəncamını sözün həqiqi mənasında inqilabi hesab edirəm". Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən sərəncamdan sonra Cinayət Məcəlləsində azadlıqdan məhrumetməyə alternativ olan cəza növlərinin sayı artacaq: "Bundan sonra çox sayda insan azadlıqdan məhrum edilmədən, cəzaları digər yüngül cəzalarla əvəz olunacaq. Sərəncamla cəza növü kimi ictimai işlərə cəlbetmə, cərimə və digər yüngül cəzalara üstünlük verilib. Bu isə cəza siyasətinin Azərbaycanın apardığı humanist siyasətə uyğunlaşdırılmasıdır".

Z. Əsgərov sərəncam əsasında yaradılacaq strukturlardan da söz açıb: "Sərəncama əsasın Probasiya Agentliyi yaradılacaq. Probasiya sözünün mənası sınaq deməkdir. Bu əsasən ingilis-sakson hüquq sisteminə daxil olan ölkələrdə tətbiq olunur. Burada söhbət ondan gedir ki, şəxs hər hansı bir cinayət edirsə, onun cinayətinin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə müəyyən olunacaq ki, ona azadlıqdan məhrumetmə cəzası vermək olar, yoxsa başqa cəza növü ilə əvəz etmək olar. Yəni, başqa cəzanı verəndə müddət qoyulacaq. Məsələn, ABŞ-da 5 ilə, digər ölkələrdə 3 ilə qədərdir. Yəni, bu probasiya dövründə məhkumun özünü necə aparmasına baxılacaq". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR