Ziyafət Əsgərov: "Qanunsuz “referendum”un heç bir hüquqi əsası yoxdur"

"İşğal edilmiş Azərbaycan ərazilərində ermənilərin keçirəcəyi qanunsuz "referendum"un heç bir hüquqi əsası yoxdur". Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin də bəyanat verdiyini xatırladan Z. Əsgərov qeyd edib ki, Dağlıq Qarabağ deyilən qondarma qurumu heç bir dövlət tanımır: "Bu dövlət deyil, qondarma bir qurumdur. Ona görə də onların indiyə qədər keçirdiyi "seçkilər", o cümlədən indiki "referendum" da qondarmadır. Belə "seçkilər"in heç bir hüquqi əhəmiyyəti və nəticəsi yoxdur. Ona görə də biz bu "referendum"u tanımırıq. Sadəcə, onlar bu "referendum"u keçirməklə özlərini yada salmağa çalışırlar ki, biz də varıq. Yəni, dünya dövlətlərinə özlərini göstərsinlər ki, guya burda da "referendum" keçirilir. Amma, dünya dövlətlərinin onları tanımadığını unudurlar. Dağlıq Qarabağ Azərbaycan ərazisidir və orada edilən bütün hüquqi prosedurlar yalnız ölkəmizin icazəsi ilə həyata keçirilə bilər". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR