Vüqar Rəhimzadə: "Ciddi və qeyri-ciddi media orqanları müəyyənləşməlidir"

"Bu görüş Milli Məclis-media münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Milli Məclis kənardan qeyri-adi görsənir. Amma, daxildə adi bir fəaliyyət var". Bunu " İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  Milli Məclisdə KİV rəhbərləri ilə keçirilən görüşdə çıxış edərkən deyib.  

İctimaiyyət tərəfindən Milli Məclisin, deputatların fəaliyyətinə böyük önəm verildiyini deyən baş redaktor qeyd edib ki, ona görə də bəzən xırda elementlər daha geniş şəkildə ictimailəşir: "Bəzən isə deputatların fikirlərinə bəzi mətbuat orqanlarında qərəzli yanaşma olur. Azərbaycanın  KİV haqqında çox mütərəqqi qanunu var. Amma, elektron media orqanlarına bu qanun bir o qədər də şamil olunmur. Buna görədir ki, bəziləri 10-12 sayt təsis edir. Hesab edirəm ki, bununla bağlı qanunda hüquqi əsaslar əksini tapmalıdır".

V. Rəhimzadə çıxışında KİVDF-nin elektron mediaya dəstəyinin vacibliyini qeyd edib: "Bunun üçün biz əvvəlcə ciddi və qeyri-ciddi media orqanlarını müəyyən etməliyik. Ondan sonra ciddi media orqanları maliyyələşdirilə bilər. Mətbuat Şurası qeyri hökumət təşkilatıdır və bu barədə qanuna əsasən fəaliyyət göstərir. MŞ-nın tənzimləmə mexanizmində hüquqi əsaslarının olmamasından qərarlarımız ictimai qınağa söykənir. Ancaq, bundan nəticə çıxarmayan media orqanları var. Bu isə ictimaiyyətin narazılığına səbəb olur. Bununla bağlı Milli Məclisdə qanunun qəbul olunmasına ehtiyac olduğu qənaətindəyəm". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR