Vüqar Səfərli: "Elektron medianın maliyyələşməsi yaxın günlərdə həllini tapacaq"

"Əvvəllər məmur jurnalistlərdən yazır, jurnalistlər də məmurların qəbuluna düşə bilmirdilər. Lakin hazırda bu mif aradan qalxıb". Bunu  KİVDF-nin icraçı direktoru Vüqar Səfərli  Milli Məclisdə KİV rəhbərləri ilə keçirilən görüşdə çıxışı zamanı deyib.

Elektron medianın maliyyələşməsi ilə bağlı KİV rəhbərlərinin suallarını cavabandıran V. Səfərli qeyd edib ki, KİVDF yarandığı gündən yalnız çap mediasına dəstək göstərir və hazırda 33 qəzet fonddan maliyyə dəstəyi alır: "Bilirsiniz ki, dövlət büdcəsindən ayrılmalar Milli Məclisdə müzakirə olunur.  Bu il bir çox qurumların büdcə vəsaitləri azaldılıb. Lakin KİVDF-yə ayrılan vəsait azalmayıb. Hətta ötən il mətbuat günündə gündəlik qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə əlavə 1 milyon da ayrıldı. Təbii ki, elektron medianın da maliyyələşməsi ilə bağlı dəfələrlə məsələlər qaldırılıb, müzakirələr aparılıb. Bu gün elektron mətbuatın maliyyələşməsi gündəmdədir. Bu məsələ yaxın günlərdə öz həllini tapacaq".

V. Səfərli qeyd edib ki, elektorn mediaya ayrılacaq vəsait bütün portallara şamil edilməyəcək: "Elektron mediaya maliyyə ayrıldıqda hesab etmirəm ki, bütün portaşllar bundan yararlana biləcəklər. Çünki, bu gün xəbər portalların əksəriyyəti bir-birindən köçürərək fəaliyyət göstərir. Belə olan halda, onlara nə ehtiyac var? Lakin elə saytlarımız  da var ki, onlar bir neçə dildə fəaliyyət göstərir, həqiqətlərimizin  dünyaya çatdırılmasında xidmətlərə malikdirlər. Təbii ki, ilk növbədə belə saytlar maliyyələşəcək. Hər gün saysız-hesabsız portallar yaranır. Elə adam var ki, onun 10-12 saytı var. Bu o demək deyil ki, dövlət onların hamısına dəstək göstərəcək. İlk növbədə xarici dildə yayımlanan saytlara dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR