Azərbaycanda itkin düşmüş, əsir və girovluqdan azad edilmiş şəxslərin sayı açıqlandı

"Ən son məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3868 itkin düşmüş, 1437 nəfər isə əsir və girovluqdan azad olmuş şəxs kimi qeydiyyata alınıb". Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Nailə Dadaşova Dövlət Komissiyasının və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) resurslarından biri olan "1905.az" portalının birgə təşkil etdiyi "Diskussiya klubu"nda çıxış edərkən deyib.

Onun sözlərinə görə, itkin düşmüş şəxslərin 3123-ü hərbçi, 745-i mülki şəxsdir. O cümlədən onların 62-si uşaq, 262-si qadın, 302 nəfəri qocadır.

Əsir və girov götürülməsi barədə məlumat daxil olmuş 873 nəfərin 591 nəfəri hərbçi, 282 nəfəri mülki şəxsdir. Onların 29 nəfəri uşaq, 99 nəfəri qadın, 112 nəfəri qocadır.

Əsir və girovluqdan azad edilmiş 1437 nəfərin 351 nəfəri hərbçi, 1086 nəfəri mülki şəxsdir. Onların 210 nəfəri uşaq, 342 nəfəri qadın, 285 nəfəri qocadır.

Əsir və girovluqdan azad olunaraq geri qaytarılanların 50 nəfəri, itkin düşənlərin 26 nəfəri Qaradağlı kəndindəndir.

N.Dadaşova deyib ki, komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınan 3868 nəfərdən 870 nəfəri barədə məlumatlar var.

O qeyd edib ki, əsir və girovluqdan azad olunanların ifadələri kassetlərdə və s.-də saxlanılmalı, gələcək nəsil onların gözü ilə müharibəni görməli və yaddaşlarında saxlamalıdırlar. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR