Arzu Nağıyev: "Hərbi jurnalistika sahəsində yeni qanuna ehtiyac var" 

"Azərbaycanda hərbi jurnalistika sahəsində müvafiq qanun layihəsinin hazırlanmasına ehtiyac var". Bu təkliflə "Trend" İnformasiya Agentliyi baş direktorunun müavini Arzu Nağıyev Milli Məclisdə KİV nümayəndələri ilə keçirilən görüşdə çıxış edib.

Onun sözlərinə görə, qanun layihəsində həm jurnalistlərin fəaliyyəti, həm də sığortası ilə bağlı məsələlər öz əksini tapa bilər: "Hazırda hər hansı  elektron, yazılı və ya  televiziya jurnalistinin hərbi sahəyə göndərilməsinin özü mühüm prosesdir. Çünki orada istənilən hadisə baş verə bilər.  Jurnalistlərin bu məsələlərdən sığortalanması, senzuraya məruz qalan ərazilərdə onların nə ilə üzləşməsi qanunla tənzimənməlidir. Son vaxtlar dünyanın hər yerində həlak olan jurnalistlərin bir çoxu məhz hərbi jurnalistika ilə bağlıdır. Bu baxımdan hərbi jurnalistika sahəsində qanun layihəsinin hazırlanmasına ehtiyac var". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR