“Bakı beynəlxalq tədbirlərin keçirildiyi 5-6 şəhərdən birinə çevrilib”

"ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  Valeriy Gerasimovun görüş yeri kimi paytaxtımızı seçmələri Bakının yeritdiyi siyasətlə daha çox bağlıdır". Bunu  politoloq Qabil Hüseynli deyib. O bildirib ki, beynəlxalq münasibətlərdə çox dinamik rol oynayan Azərbaycan Qərb və Şərq sivilzasiyaları arasında bir körpüdür: "Bu səbəbdən də son bir neçə ildə Bakıda Qərb və Şərq sivilzasiyaları ilə bağlı forumlar keçirilir. Həmçinin, Bakı digər beynəlxalq görüşlərə də ev sahibliyi edir. Yəni paytaxtımız beynəlxalq tədbirlərin keçirildiyi 5-6 şəhərdən birinə çevrilib. Bu həm də ölkədəki təhlükəsizlik və sabitliklə qırılımaz surətdə bağlıdır. Bütün bu şəraitin yaradılması Prezident İlham Əliyevin siyasətinin nəticəsidir".

Politoloq əlavə edib ki, Danford-Gerasimov görüşünün Bakıda keçirilməsi eyni zamanda Azərbaycanın müsəlman dünyasının bir hissəsi olmasına bağlıdır: "Bu gün müsəlman dünyasında ən sabit, təhlükəsiz məkanlardan biri, məhz Azərbaycandır. Ölkəmiz geosiyasi baxımdan daha əlverişlidir. Görüş yeri kimi Bakının seçilməsi ilk növbədə ABŞ-ın seçimidir, həmçinin buna Rusiya da hörmətlə yanaşıb. Bu mənada Azərbaycanın paytaxtının mötəbər görüşə ev sahibliyi etməsi təbiidir və bu, hər iki tərəf üçün də əlverilşi idi".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR