Politoloq: “Nazirlərin Bakıda görüşməsi ABŞ-ın Azərbaycana olan etibarını göstərir”

"Son dövrlərdə Bakı bir sıra siyasi, iqtisadi, mədəni, idman tədbirlərinin mərkəzinə çevrilib. Bir müddət sonra Bakıda ənənəvi 5-ci qlobal Forum keçiriləcək. Bu forum olduqca mühüm bir forumdur. Dünən Cozef Danford və Valeriy Gerasimov arasında keçirilən görüş beynəlxalq təhlükəsizliklə bağlı idi. Bu görüşlə Azərbaycan iqtisadi, mədəni, idman tədbirlərindən sonra, daha bir, çox vacib mövzunun - beynəlxalq təhlükəzislik mövzusunun məzkəzinə çevrildi". Bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərin görə, görüşü kiçiltmək olmaz: "Söhbət dünyanın nizamında əsas iqtisamətləndirici iki aktordan gedir. Rusiya və ABŞ dan. Görüşün məhz Bakıda keçirilməsi o deməkdir ki, Azərbaycan balanslı siyasəti ilə etibarlı beynəlxalq subyekt olduğunu sübuta yetirib. Bu, həm də ABŞ -ın Azərbaycana olan etibarıdır. Belə bir görüş üçün hər hansı bir Avropa və ya MDB ölkəsi seçilə bilərdi.

ABŞ prezidenti Donald Tramp daxili və xarici siyasətini hələ tam olaraq formalaşdırmayıb: "İstər daxili amillər, istərsə də Putin amili buna təsir edən məqamlardandır. Fikrimcə, görüş zamanı Suriya problemi, Ukrayna və İran məsələləri müzakirə edilib. Bu danışıqların davamı olacaq. Mən Bakıda hər iki ölkənin generalları arasında mütamadi görüşlərin keçiriləcəyini istisna etmirəm".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR