İran parlamentində sensasiyalı çağırış: "Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!" - VİDEO - FOTO

"İranda indi 30 milyondan artıq azərbaycanlı yaşayır. Onların öz dillərində təhsil almaq hüquqları var və bu hüquqlar tam təmin olunmalıdır!"

İran parlamentinin deputatı, Urmiyə şəhərindən seçilmiş millət vəkili Hadi Bahaduri ölkənin ali qanunverici məclisində sensasiyalı çıxış edib.

Milli.Az İCANA-ya istinadən bildirir ki, parlamentə milli geyimdə gəlmiş azərbaycanlı millət vəkili çıxışında ölkə rəhbərliyinə müraciət edərək İran Konstitusiyasının 15 və 19-cu maddələrinin reallaşdırılmasını tələb edib.

Həmin maddələr İrandakı xalqların mənsublarına dövlət təhsil müəssisələrində öz doğma dillərində təhsil almaq hüququ verir.

Daha sonra H.Bahaduri İran prezidenti Həsən Ruhaniyə müraciət edərək Azərbaycan dilində yayımda olacaq televiziya kanalının yaradılmasını istəyib.

"Biz azərbaycanlılar millətimizi, milli kimliyimizi, tariximizi və mədəniyyətimizi aşağılamağa çalışanların, bizə xor baxanların cəzalandırılmasını tələb edirik", - söyləyən Hadi Bahaduri çıxışını Səməd Vurğunun Azərbaycan şeirindən bir bəndlə başa vurub:

"El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən.

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!"

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Депутат-азербайджанец выступил с сенсационной речью в парламенте Ирана

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR