Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə: “General Danfordla danışıqlar üçün ona görə Bakı seçilib ki...”

Rusiya Müdafiə Nazirliyindəki mənbə "Vedemosti"yə təsdiqləyib ki, Bakıda generallar Valeri Gerasimovla Cozef Danford arasında danışıqlar hazırda davam edir.

Mənbə bildirib ki, danışıqlarda "əvvəlcədən razılaşdırılmış məsələlər-Rusiya və ABŞ arasında hərbi sahədə əlaqələrin cari vəziyyəti, tərəflərin hərbi fəaliyyəti ilə əlaqəli insidentlərin qarşısının alınması" müzakirə olunur. Habelə danışıqlarda dünyanın böhranlı nöqtələrində təhlükəsizlik sahəsində fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, danışıqlar üçün Bakının seçilməsi təsadüfi deyil. Çünki Danford hazırda Yaxın Şərq regionuna səfərə çıxıb , Azərbaycan isə həm Rusiya, həm ABŞ-la hərbi sahədə yaxın münasibətlər saxlayır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR