Cümşüd Nuriyev: “Görüşün Bakıda keçirilməsi Prezidentə olan münasibətlə bağlıdır” 

"Bu gün Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüşün keçirilməsi və bu görüşün məhz Azərbaycanda baş tutması ölkəmizin imici ilə bağlıdır". Bunu politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, sözügedən görüşün həmçinin ölkəmizdə keçirilməsi hər iki dövlətin Azərbaycan Prezidenti İlham Əliyevə olan münasibəti ilə bağlıdır: "Azərbaycanın münaqişə bölgəsində yerləşməsinə baxmayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün sülh variantını seçib. Son 10 ildə Azərbaycan silahların müasirləşməsinə, ordunun təchizatına görə ilk onluğa düşən bir dövlətdir. Azərbaycanda iqtisadi sabitlik var. Yəni bütün bu faktorların hamısı onları düşünməyə məcbur edir ki, məhz Azərbaycanı seçiblər. Həm də niyə biz olmamalıyıq? Niyə beynəlxalq münaqişələrin həlli yolunda, nəyinsə həll olunması ilə bağlı Bakı şəhərinin adı keçməsin? Ona görə də bu xoş olan bir amildir. İnanıram ki, bunun ardı da olacaq.

Azərbaycanın balanslı xarici siyasəti, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik onu belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR