Politoloq: “Referendum ciddi beynəlxalq qurum tərəfindən tanınmayıb”

"Fevral ayının 20-də işğal altında olan Dağlıq Qarabağ ərazisində erməni separatçıları referendum keçirmək niyyətindədirlər.Tanınmayan və işğal altında olan ərazilərdə keçirilməsi nəzərdə tutulan hər hansı seçki və ya referendum qanunsuzdur və bu tədbirin nəticələri indiyə qədər heç bir ciddi beynəlxalq qurum tərəfindən tanınmayıb, bundan sonra da tanınmayacaq". Bunu  politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, serparatçılar keçirmək istədikləri referendumda saxta dövlətlərinin adını Arsax adlandırmaq niyyətindədirlər: "Onlar yaratmaq istədikəri qurumun adını dəyişməklə vəziyyətin mahiyyətini dəyişə bilməyəcəklər. Hesab edirəm ki, bundan sonrakı danışıqlarda imzalanacaq hər hansı bir sənəddə yenə də Qarabağ adı əsas götürüləcək. Erməni tərəfi ad dəyişmək şousu ilə indiyə qədər əldə edə bilmədikləri nailiyyətləri ört-basdır etmək və bir növ publikaya oynamaq məqsədi güdürlər. Bundan başqa referendumda oyuncaq prezidentlik institutunun səlahiyyətlərini artırmaq niyyətini güdürlər".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR