“Bakı görüşü Azərbaycanın mövqelərini möhkəmləndirəcək”

"ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  Valeriy Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsini Azərbaycanın neytral ölkə olması ilə əlaqələndirirlər. Hesab edirəm ki, dünyada baş verən qarşıdırmaların və kəskin qütbləşmələrin fonunda Azərbaycanın məhz neytral ölkə kimi dəyərləndirilməsi olduqca önəmli bir faktdır". Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib. O bildirib ki, görüş olduqca önəmli bir dönəmə keçirildiyi, ABŞ-la Rusiyanın baş qərargah rəislərinin ilk canlı təması olduğu üçün tarixi əhəmiyyət daşıyır: "Son günlər ABŞ və Rusiya hərbi siyasi dairələrinin qarşılıqlı sərt bəyanatları da görüşün önəmini artırır. Bu baxımdan qərargah rəislərinin Bakı görüşünün tarixdə qalacağı zərrə qədər də şübhə doğurmur. ABŞ-da keçirilən prezident seçkilərindən sonra Vaşinqton-Moskva münasibətlərində mövcud olan gərginliyin qismən də olsa aradan qaldırılacağı istiqamətində səsləndirilən proqnozlar təəssüf ki, hələlik özünü doğrultmayıb. Amma Bakı görüşü anlaşma imkanlarının hələ tam tükənmədiyini nümayiş etdirir. Mühüm tarixi hadisənin Azərbaycanda gerçəkləşməsinin ən önəmli səbəblərindən biri rəsmi Bakının seçdiyi müstəqil siyasi kursla bağlıdır. Digər önəmli amil Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə münasibətdə nümayiş etdirdiyi ardıcıl mövqe, problemlərin həllində dialoqa üstünlük verməsi və bu amilin dövlət siyasəti  səviyyəsində təbliğ edilməsi, ölkəmizin regonda və dünyada tutduğu mövqe ilə əlaqədardır. Şübhəsiz ki, qeyd edilən bütün amillər ilk növbədə Azərbaycan prezidentinin yürütdüyü siyasətin düzgünlüyünü, strateji əhəmiyyətini nümayiş etdirir və bu siyasətin daha geniş miqyasda, regional və beynəlxalq miqyasda önəmini sərgiləyir". 

E.Mirzəbəyli hesab edir ki, bu hadisə Azərbaycanın sabit, təhlükəsiz, neytral ölkə kimi mövqelərini də möhkəmləndirəcək, eyni zamanda ölkəmizin regional və büynəlxalq münasibətlərdəki rolunu daha da artıracaq. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR