Yavər Camalov Qətər səfirini qəbul edib

Fevralın 16-da müdafiə sənayesi naziri Yavər Camalov Qətərin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul edib. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, nazir Yavər Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə Qətər arasındakı əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb. Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.  Səfir Yusif bin Həsən əl-Sai səmimi qəbula görə minnətdarlığını bildirib.Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR