Diplomatların Cocuq Mərcanlı həmrəyliyi

Və buna qarşı bəzi ölkələrin ikili standart nümayişi

Bu günlərdə bütün dünyanın diqqəti Azərbaycana, Cəbrayıl rayonunun işaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə yönəldi desək yanılmarıq. Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Məcanlı kəndinin bərpası ilə əlaqədar sərəncamı ilə təməli qoyulan bu prosesin davamı daha sonra Cocuq Mərcanlıya kütləvi informasiya vasitələrinin nümayəndələri, ən son isə Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərinin səfər etməsi ilə gəldi. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan bu səfərdə ölkəmizdə fəaliyyət göstərən əksəriyyət xarici ölkə səfirləri və beynəlxalq təşkilat nümayəndələri iştirak edib. Diplomatlar Cocuq Mərcanlıda erməni vandalizminin, vəhşiliklərinin canlı şahidinə çevriliblər. Maraqlısı və sevindirici hal ondan ibarətdir ki, Cocuq Mərcanlıya gedən xarici ölkə səfirlərinin hər biri bu səfərdən məmnunluğunu ifadə edərək mövcud şəraitlə yerindəcə tanış olmağın vacibliyini qeyd ediblər. Hər halda səfirlərin yerli mətbuata verdiyi açıqlamalardan bunu aydın şəkildə görnək mümkündür. Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri KİV-lərə bildirib ki, diplomatların Cocuq Mərcanlıya səfəri çox əhəmiyyətlidir. Onun sözlərinə görə, belə səfərlər vasitəsilə xarici ölkələrin səfirləri öz gözləri ilə həqiqətləri görə bilirlər: "Biri var münaqişə barədə sənədlərdən oxuyasan və ya deyilənləri eşidəsən, biri də var özün hər şeyin şahidi olasan. Buradakı insanları görəndə bir daha bu münaqişənin tezliklə həll olunmasının vacibliyini hiss edirsən".

Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova isə bildirib ki, Cocuq Mərcanlı kəndinə səfər diplomatlar üçün çox maraqlı oldu: "Burada yaşayan ailəni görəndə Azərbaycan xalqının öz torpağını necə sevməsinin şahidi olduq. Bu, vətənpərvərlik ruhudur və biz bunu hiss etdik". Səfir tezliklə bu kəndə daha çox insanın köçməsini və burada çoxlu məktəb, uşaq bağçası tikilməsini arzuladığını bildirib.

Ancaq bütün bu müsbət tendensiya ilə yanaşı bəzi xarici ölkə diplomatların atmış olduğu addım, həmkarları ilə Cocuq Mərcanlı kəndinə getməkdən imtina etməsi təəssüf hissi doğurub. Xüsusilə, səfərə ehtiyac duymayan ölkə diplomatlarından birinin məhz ATƏT-in Minsk qrupunun həmsədri olan Birləşmiş Ştatların ölkəmizdəki səfirinin olması məyusedicidir. Səfirin bu hərəkətinə hansı formada bəraət qazandırmasından asılı olmayaraq birmənalı firmalaşan mövqe ondan ibarətdir ki, bu əslində Birləşmiş Ştatların Dağlıq Qarabağ probleminin həllinə olan biganə münasibətidir. Eyni zamanda rəsmi Vaşinqtonun hələ də Dağlıq Qarabağ probleminə ikili standartlar prinsipindən yanaşdığının göstəricisidir. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycan prezidentinin məskunlaşdırmağa qərar verdiyi Cocuq Mərcanlı kəndinə əvvəlcə xarici jurnalistlərin, bu günlərdə isə xarici ölkə səfirliklərinin nümayəndələrinin səfərinin təşkili yaxşı ideya idi. Politoloqun sözlərinə görə, xarici jurnalistlər və diplomatlar öz gözləri ilə gördülər ki, erməni separatçıları Cocuq Mərcanlının timsalında Azərbaycan kəndini necə dağıdıblar, ərazidə salamat heç nə qoymayıblar: "Cocuq Mərcanlıya Birləşmiş Ştatların ölkəmizdəki səfiri Robert Sekuta getməyib. Onun bu səfərdən niyə imtina etməsinin səbəbini bilmək maraqlı olardı. Amerikanın Azərbaycandakı səfiri Robert Sekutaya "cənab səfir Cocuq Mərcanlıya niyə getmədiniz" sualını ünvanlasan cavabında deyə bilər ki, "ABŞ-ın Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Qerasimovun Bakıda baş tutacaq görüşünün təşkilatı məsələləri ilə məşğul idim". Eyni məntiqlə Rusiyanın Azərbaycandakı səfiri də amerikalı həmkarı kimi generalların görüşünün təşkili ilə məşğul olmalı idi. Ancaq Rusiya səfiri amerikalı həmkarından fərqli olaraq Cocuq Mərcanlıya getdi. Doğrudur, bu səfərlə Rusiyanın Dağlıq Qarabağ münaqişənin həllinə baxışı dəyişən deyil. Hər halda Rusiya səfiri öz borcunu yerinə yetirdi. Yaxşı tutaq ki, özün getmirsən, səfirlikdə çalışan onlarla diplomatdan birini də göndərmək mümkün deyildi? Sekuta iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək addım atmamalıydı. Misal üçün digər iki həmsədr ölkənin - Rusiya və Fransanın Azərbaycandakı səfirləri Cocuq Mərcanlıda olublar. Ancaq hər iki səfirin Cocuq Mərcanlıda jurnalistlərimizə verdikləri açıqlamalar heç nə ifadə etmir. Məsələn, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Cocuq Mərcanlıda verdiyi açıqlamaya diqqət yetirin: "Bu, təbii ki, bir daha o mesajı verir ki, biz münaqişənin həlli ilə daha ciddi məşğul olmalıyıq". Sağ olsun, Bolqarıstanın Azərbaycandakı səfiri Mariya Xristova. Bolqar diplomat deyib ki, biz Azərbaycana hər şeyin ən yaxşısını diləyirik və arzu edirik ki, bu yerlərdə bir neçə il sonra daha çox insan yaşasın, uşaq bağçaları olsun: "Ölkə prezidenti də bu barədə tədbirlər planı müəyyən edib. Bizi bunun effektinə inanırıq. Təşəkkür edirəm ki, bizi buraya gətiriblər". Açıqlama belə olar".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR