Putinin səlahiyyətli nümayəndəsi Bakı görüşündən danışdı

ABŞ və Rusiya Baş qərargah (BQ) rəislərinin Bakıda görüşməsi onu ifadə edir ki, Azərbaycan beynəlxalq dialoq üçün meydançaya çevrilib, eləcə də Moskvanın Bakıya öz müttəfiqi kimi verdiyi önəmi vurğulayır.

Bunu eksklüziv olaraq Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov deyib.

Ekspert qeyd edib ki, Bakıda görüşün keçirilməsi Rusiya tərəfindən təklif olunub. Çünki Rusiya həmişə öz müttəfiqlərini irəli çəkir.

Onun sözlərinə görə, Vaşinqton və Moskva Bakıda İŞİD-ə qarşı birgə əməkdaşlığı, hərbi əməkdaşlığn gələcək perspektivlərini müzakirə edəcək: "Ehtimal var ki, biz İŞİD-ə qarşı ABŞ və Rusiya Hərbi Hava Qüvvələrinin birgə uçuşlarının şahidi olaq". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR