Rusiya və ABŞ-ın Azərbaycana marağı olmasaydı, görüş Bakıda baş tutmazdı

Əgər Rusiya və ABŞ-ın Azərbaycana marağı olmasaydı, ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Valeri Gerasimov arasında keçirilən görüş Bakıda baş tutmazdı. Bunu Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Bu görüşün Bakıda keçirilməsini çox yüksək dəyərləndirən deputat qeyd edib ki, görüşün ölkəmizdə keçirilməsi Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının, ona böyük hörmətlə yanaşıldığının, etimad göstərildiyinin təzahürüdür.

R.Rzayev qeyd edib ki, Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir:

"Bu siyasət, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik Azərbaycanı belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib".

Qeyd edək ki, Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri V.Gerasimov ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general C.Danfordla bu gün Bakıda görüşüblər. V.Gerasimov və C.Danford Rusiya və ABŞ arasında hərbi əməkdaşlıq perspektivləri və dünyanın böhranlı bölgələrində təhlükəsizlik sahəsində vəziyyəti müzakirə ediblər. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR