Dağlıq Qarabağda "referendumlar" keçirməkdənsə, Ermənistan BMT qətnamələrini yerinə yetirsin

İşğal olunmuş Dağlıq Qarabağda "referendumlar" keçirmək əvəzinə Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir. Bunu Macarıstanın keçmiş xarici siyasət baş müşaviri Levente Kozma Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki qondarma rejimin fevralın 20-də keçirməyi planlaşdırdığı referendumu şərh edərkən deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Azərbaycan və Ermənistan dövlət başçılarının görüşlərini aktivləşdirmək lazımdır. Ekspert tərəfləri münaqişənin həllində beynəlxalq hüquqa riayət etməyə çağırıb. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR