Generalların Bakı görüşü Tehrandakı zirvə toplantısını xatırladır

Bakıda Birləşmiş Ştatlar və Rusiya baş qərargah rəisləri arasında nəzərdə tutulan görüş İkinci Dünya Müharibəsi illərində ABŞ, SSRİ və Böyük Britaniya liderlərinin Tehrandakı zirvə toplantısına bənzəyir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O, bildirib ki, iki böyük dövlətin baş qərargah rəislərinin görüş üçün məhz Bakını seçmələri bizim üçün önəmlidir: "Moskva ilə Vaşinqtonun Bakıya verdikləri dəyəri göstərir. Ancaq, məncə Bakının seçilməsində əlamətdar hadisə ondan ibarətdir ki, generallar Suriyadakı savaşın gedişatını ən yaxın məntəqədə müzakirə etmək istəyiblər. Bu rola İran və İraq yaramır, qalır bircə Azərbaycan. Ankara da görüş yeri kimi seçilə bilərdi, ancaq bu halda amerikalı general Türkiyə-Rusiya ittifaqı ilə üz-üzə qalacaqdı. Azərbaycan isə Suriya mövzusunda neytral ölkədir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR