Musa Quliyev: "Prezident İlham Əliyevin fərmanı məcburi köçkünlərin problemlərini yüngülləşdirəcək"

Prezident İlham Əliyevin bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərmanı ilk növbədə qaçqın və məcburi köçkünlərin məişət problemlərini yüngülləşdirəcək. Bunu Milli Məclisin üzvü Musa Quliyev deyib.

Onun sözlərinə görə, fərman dövlətin bu kateqoriyadan olan insanlara qarşı qayğı və diqqətinin göstəricisidir:

"Məcburi köçkünlərin iş, mənzil təminatı və ya məişət məsələləri ilə bağlı istənilən problemi daim dövlət başçısının diqqət mərkəzindədir. Prezident İlham Əliyev regionda qonşumuz olan Ermənistanın işğalçı siyasəti nəticəsində çətin vəziyyətdə qalmış vətəndaşlara qarşı həmişə qayğı göstərir. Özü də bu dövlət tərəfindən bu dəstək 20 ildən artıqdır ki, davam edir.  Nəticədə məcburi köçkünlər və ya onlara bərabər statuslu şəxslər çoxlu imtiyazlardan istifadə edirlər. Onlar Azərbaycan cəmiyyətinin digər üzvləri kimi, sosial cəhətdən təmin olunur və qorunurlar.

Xüsusilə qeyd etmək istəyirəm ki, dünya maliyyə böhranı nəticəsində ölkə iqtisadiyyatında yaranmış müəyyən çətinliklərə baxmayaraq, məcburi köçkünlərin həyati vacib məsələlərinin həlli ölkənin dövlət siyasətinin prioritetlərindəndir. Özü də bu məslələrin həlli Azərbaycanda öz xalqı arasında olduğu kimi, onun sərhədlərindən kənarda da böyük nüfuza malik prezident İlham Əliyevin şəxsən rəhbərliyi altında həyata keçirilir. Şübhəsiz, dövlət başçısının son fərmanı, ondan əvvəlkilər kimi, Azərbaycan xalqının rifahının yaxşılaşmasına və maraqlarının qorunmasına yönəlib".

Qeyd edək ki, prezident İlham Əliyev məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlərin 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçirilməsi barədə fərman imzalayıb. Day.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR